Azərbaycan yığması Millətlər Liqasının finalında məğlub oldu

Azərbaycan yığması Millətlər Liqasının finalında məğlub oldu

Slovakiyanın Koşiçe şəhərində minifutbol üzrə Millətlər Liqasına yekun vurulub.

"Mediasport" xəbər verir ki, finalda Azərbaycan milli komandası ilə meydan sahibləri qarşılaşıblar.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Slovaklar bərabərlik qolunu son saniyədə vurublar.

Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasından daha dəqiq istifadə edən Slovakiya seçməsi Millətlər Liqasının qalibi olub - 3:2.

Qeyd edəkk i, qrupdan 1 xalla yarımfinala çıxan Azərbaycan yığması final yolunda Belçikanı məğlub edib (2:0).

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsində Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə (2:2) edib.