Milli komandamızın DÇ öncəsi təlim-məşq toplanışı olacaq
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək.
"Mediasport" xəbər verir ki, hazırlıq 13-26 aprel 2026-cı il tarixlərinə planlaşdırılıb.
Toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FİFA U-20 dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Təlim-məşq toplanışı ilə əlaqədar futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər.
Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
