Mahir Emreli Almaniya klubundan ayrılır? - "Əgər belə davam etsə..."

Mahir Emreli Almaniya klubundan ayrılır? - "Əgər belə davam etsə..."

"Belə davam etsə, "Kayzerslautern"də qalmaq barədə düşünməyəcəm. Onsuz da bu addım ilk olaraq məndən gəlməyib. Məşqçi nədənsə çıxıb belə bir açıqlama vermişdi".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli deyib.

Yığmanın forvardı Malta ilə keçirilən yoldaşlıq görüşündən sonra (0:2) gələcək karyerası ilə bağlı sualları cavablandırıb:

"Milli komandada oyunlar da o baxımdan önəmlidir ki, həm fiziki formam yerində qalsın, həm də digər klublar oyunumu görsünlər. Bununla bağlı menecerlərim məşğul olurlar.

Reallıq odur ki, klubla 2 illik müqaviləm var. Açıq şəkildə gedəcəyimi, yaxud da qalacağımı demək çətindir".

Emreli 2025-ci ilin yayında "Kayzerslautern" ilə 3 illik müqavilə imzalayıb.

Mahir karyerası ərzində "Qarabağ", "Legiya", "Dinamo" (Zaqreb), "Konyaspor", "Nürnberq" klublarında forma geyinib.