VİDEO: Mahirin məhsuldarlığı xal qazanmaq üçün yetərli olmadı

VİDEO: Mahirin məhsuldarlığı xal qazanmaq üçün yetərli olmadı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, hücumçu Ekstraklasanın 4-cü turu çərçivəsində "Krakoviya"ya qarşı forma geyinib.

90 dəqiqə meydanda olan 29 yaşlı forvard komandasının yeganə qolunun ötürmə müəllifi olsa da, meydanı məğlub tərk edib - 1:2.

"Rakuv" 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.