Yığmamız Avropa çempionatında Sloveniya millisinə məğlub oldu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb.
"Mediasport" xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin kollektivi Sloveniya futbolçuları ilə qarşılaşıb.
Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukuş" stadionunda baş tutan matç rəqibin qələbəsi ilə yekunlaşıb - 2:0.
Yığmamızın növbəti görüşü noyabrın 28-də Şimali Makedoniya seçməsinə qarşı olacaq.
