Millimizin üzvü Ukraynada yeni klubunda uğurla debüt etdi

Azərbaycan millisinin futbolçusu Emil Mustafayev Ukrayna Premyer Liqasında yeni klubunda uğurla debüt edib.
"Mediasport" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi "Çernomoreç" 18-ci turu qələbə ilə başa vurub.
Odessa təmsilçisi səfərdə "Kolos"u məğlub edib - 2:1. Emil 88 dəqiqə meydanda olub.
"Çernomoreç" 18 turdan sonra 15 xalla 14-cü pillədə qərarlaşıb.