Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı

Rusiya klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı

Təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olunub.

"Mediasport" xəbər verir ki, heyətə Can Naibov cəlb edilib.

O, Rusiyanın "Kosmos Ximki" klubunun üzvüdür.

Xatırladaq ki, yığmamız Hazırlıq prosesində komanda Omanın U-23 yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Görüşlər noyabrın 14-də və 17-də baş tutacaq.

Qarşılaşmaların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.