Azərbaycan milli komandası Qazaxıstan yığması ilə üz-üzə

Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda iştirak edən Azərbaycanın U-17 milli komandası bu gün qrupda son matçına çıxacaq.
"Mediasport” xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Qazaxıstan yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 14:20-də start götürəcək.
Xatırladaq ki, yığmamız ilk oyunda Rusiyaya məğlub olub (0:3), İran futbolçularına qalib gəlib (1:0).