Renat Dadaşov Polşada ikinci oyununda 2-ci qolunu vurdu - VİDEO

Renat Dadaşov Polşada ikinci oyununda 2-ci qolunu vurdu - VİDEO

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşa çempionatında ikinci oyununda ikinci qolunu vurub.

"Mediasport" xəbər verir ki, hücumçu yeni transfer edildiyi "Radomyak"ın heyətində 24-cü turun "Krakoviya" ilə səfər qarşılaşmasında qələbə topunun müəllifi olub - 2:1.

Ötən tur"Vidzev"lə ev matçının son saniyələrində fərqlənərək Radom təmsilçisinə 1 xal qazandıran 25 yaşlı forvard bu dəfə 90+də fərqlənməklə 3 xalı təmin edib.

"Radomyak"da çıxış edən yığmamızın digər üzvü - yüngül zədəsi olan müdafiəçi Rahil Məmmədovun adı iştirak ərizəsinə salınmayıb.

Xallarının sayını 28-ə çatdıran "Radomyak" turnir cədvəlində 12-ci pilləyə yüksəlib.