Millimizin sabiq futbolçusu Türkiyədə özünə yeni klub tapdı

 Millimizin sabiq futbolçusu Türkiyədə özünə yeni klub tapdı

Azərbaycanın U-21 yığma komandasının sabiq futbolçusu Barış Ekincier Türkiyədə komandasını dəyişib.

"Mediasport" xəbər verir ki, hücumçu "Ümraniyespor"dan 2-ci Liqa klubu "Elazığspor"a keçib.

27 yaşlı futbolçu yeni komandası ilə 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Barış Azərbaycanın U-17 və U-19 millilərində də forma geyinib.