Ayxan Abbasov Rzanı niyə oynatmamasına aydınlıq gətirdi

Ayxan Abbasov Rzanı niyə oynatmamasına aydınlıq gətirdi

"Rzanı da meydana buraxmaq istəyirdik. Lakin gəlin, gerçəyi deyək: oyunun axarı başqa cür oldu".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis San-Marino yığması ilə baş tutan yoldaşlıq matçından sonra qapıçı Rza Cəfərovu toplanışda hansı səbəbdən oynatmadığını açıqlayıb:

"O da bizi başa düşür. Çünki o anlarda qapıçı dəyişikliyinə gedə bilməzdik".

Xatırladaq ki, bu hazırlıqda Malta ilə qarşılaşmada qapıda Emil Balayev (0:2) dayanıb, San-Marino ilə görüşdə "çərçivə" Şahruddin Məhəmmədəliyevə (2:1) həvalə olunub.