Azərbaycan yığması səfərdə Çexiyaya böyük hesabla məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün AVRO-2027-nin seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçiliyinə verilən kollektiv Karvinada Çexiya seçməsinə böyük hesabla uduzub.
Xatırladaq ki, U-21 qrupda bunadək keçirdiyi iki qarşılaşmaya 1 xal qazanıb - səfərdə Portuqaliyaya uduzan (0:5) futbolçularımız Bakıda Bolqarıstanla bərabərə (1:1) qalıblar.
AVRO-2027. Seçmə mərhələ. B qrupu
Çexiya - Azərbaycan 5:0
Baş hakim: Yovan Kaçevski
Yan xətt hakimləri: Daniel Vasilevski, Aleksandar Georgieski
Dördüncü hakim: Krumislav Georgiev (hakimlər briqadası Şimali Makedoniyandır)
Karvina, "Mestski" stadionu.
