Mahir Emrelidən XOŞ XƏBƏR

Mahir Emrelidən XOŞ XƏBƏR

Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli zədəsini sağaldıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu düşərgəyə qoşulub.

Məşqlərini bərpa edən forvard individual tapşırıqlar üzərində çalışmağa başlayıb.

Xatırladaq ki, 29 yaşlı oyunçu ötən il noyabrın 10-da “Herta” ilə çempionat görüşündə ağır zədə almışdı.