"Müharibənin ilk günündə hansı mövqedə idimsə, yenə o fikirdəyəm" - VİDEO

"Müharibənin ilk günündə hansı mövqedə idimsə, yenə o fikirdəyəm" - VİDEO

"Birinci növbədə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onlar hər oyunda bizə dəstək olurlar".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub deyib.

Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının 24-cü turunun "Qəbələ" ilə səfər oyunu haqda danışıb, 3:1 hesablı qələbəni şərh edib:

"Qəbələ çox maraqlı komandadır. Bu gün uduzsalar da, oyunları çox xoşuma gəlir.

Hakimlik barədə isə onu deyə bilərəm ki, əgər idarəçilik bu səviyyədə davam edərsə, hər şey çox yaxşı olacaq".

Vernidub qeyd edib ki, komanda avrokuboklara vəsiqə qazana bilməsə, bu, faciə sayılmamalıdır:

"Təbii ki, bu, bizim üçün xoşagəlməz bir hadisə olar. Hazırda vəsiqə üçün bir neçə iddialı namizəd var və biz məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

Çempionatın sonuna hələ 10 tur qalıb. Uğur qazanmağımız birbaşa özümüzdən, göstərəcəyimiz əzmkarlıqdan asılıdır".

O, ötən tur "Turan Tovuz"la matçdan sonra həmkarı Kurban Berdıyevlə görüşməsinin Ukrayna mətbuatında tənqid olunmasına sərt reaksiya verib:

"Haqqımda yazılanlar mənim üçün maraqlı deyil. Mən Berdıyevin neçə pasportu olduğunu bilmirəm, bildiyim qədərilə o, türkməndir.

Sosial şəbəkələrdə nələr paylaşıldığından da xəbərsizəm. müharibənin ilk günündə necə idimsə, indi də eləyəm.

Bu barədə yazanlar özləri son dörd il ərzində nə etdiklərini desinlər. Mənim 60 yaşım var, nə qədər istəsələr, provokasiyaya cəlb etsinlər. Mən hazırda futboldayam və öz işimi görməyə davam edirəm".