Coşqun Diniyev "Araz-Naxçıvan"da

Azərbaycanlı millisinin üzvü Coşqun Diniyev "Araz-Naxçıvan"a keçib.
"Mediasport" xəbər verir ki, onunla cari mövsümün sonuna qədər - 1 illi müqavilə imzalanıb.
Diniyev müxtəlif illərdə Premyer Liqanın "İnter", "Qarabağ", "Sabah" və "Zirə" klublarında çıxış edib.
O, Türkiyənin "Ümraniyəspor", "Bandırmaspor" komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə "Çorum" olub.