Juninyo Azərbaycan Premyer Liqasında oynayacaq - RƏSMİ

Juninyo Azərbaycan Premyer Liqasında oynayacaq - RƏSMİ

Premyer Liqaya vəsiqə qazanan "İmişli" heyətinə daha bir legioner qatıb.

"Mediasport" xəbər verir ki, Aran təmsilçisi braziliyalı Luis Fernando Silvestr Junioru transfer edib.

Juninyo adı ilə tanınan yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

"Sambaçı"nın son klubu vətənində icarə əsasında oynadığı "Sianorte" olub.

"Atletiko Paranaense"nin yetirməsi Braziliyada "Mirassol"da da icarədə forma geyinib.

Xatırladaq ki, bölgə klubu daha əvvəl Ronaldo Rodriges de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vieqas, Hüseynəli Quliyev və Nikola Karaklayiçlə güclənib.