Namik yenidən "Kəpəz"də

 Namik yenidən "Kəpəz"də

"Kəpəz" daha bir oyunçu ilə güclənib.

"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisinin sabiq futbolçusu Namiq Ələskərovu transfer edib.

31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “sarı-göylər”in formasını geyinəcək.

O, son mövsümü "Zirə”nin heyətində çıxış edib.

Ələskərov 2015/2016-cı il mövsümünün ikinci yarısında “Kəpəz”in forması ilə 15 oyunda 3 qol vurub.