Millimiz Avropa çempionatında Şimali İrlandiya yığması ilə üz-üzə
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyunu keçirəcək.
"Mediasport" xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan kollektiv Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Xatırladaq ki, futbolçularımız ilk dueldə Sloveniyaya uduzublar (0:2).
Komandamızın qrupda son görüşü dekabrın 1-də Gürcüstan seçməsinə qarşı olacaq.
Avropa çempionatı. Seçmə mərhələ. B Liqası, 5-ci qrup. 2-ci tur
15:00. Şimali Makedoniya - Azərbaycan
Baş hakim: Yurqita Maçikunitye (Litva)
Baş hakimin köməkçiləri: İrina Pozdeyeva (Litva), Edyena Kapciu (Albaniya)
Dördüncü hakim: Yoanna Vassallo (Malta)
“Mladost” stadionu, Strumitsa.
