"Traktor" Çempionlar Liqasında növbəti qələbəni səfərdə qazandı

 "Traktor" Çempionlar Liqasında növbəti qələbəni səfərdə qazandı

Asiya Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur start götürüb.

"Mediasport" xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu Özbəkistanda "Nasaf"ın qonağı olub.

Son İran çempionu ilk hissədə vurduğu yeganə qolla növbəti qələbəsini aktivinə yazdırıb - 1:0.

Xal ehtiyatını 11-ə çatdıran Təbriz təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.