"Allah qoysa, bütün oyunlarda qalib gələcəyik" - Xəyal Əliyev

"Allah qoysa, bütün oyunlarda qalib gələcəyik" - Xəyal Əliyev

"Son oyunlarda qol vurduğum üçün çox sevinirəm. İnşallah, davamlı olar".

"Mediasport" xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Xəyal Əliyev deyib.

Vinger klubun mətbuat xidmətinə açıqlamasında bildirib ki, qələbələrinin davamlı olacağına inanır:

"Ümid edirəm ki, qarşıdakı matçlarda da qol vurub komadamı sevindirərəm. Biz hər oyuna qələbə üçün çıxırıq. Allah qoysa, bütün oyunlarda qalib gələcəyik. Komandada əhval-ruhiyyə bomba kimidir".

Xatırladaq ki, Masazır təmsilçisi 46 xalla Premyer Liqada liderdir.