"Neftçi" 624 gün gözləməli oldu
Azərbaycan Premyer Liqasının XVIII turunda "Araz-Naxçıvan"la qarşılaşan "Neftçi" cari mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbəyə imza atıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib.
Peşəkar Futbol Liqasının mlumatına görə, "ağ-qaralar" sonuncu dəfə belə nəticəyə 2023/2024 mövsümündə imza atıb.
Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də "Səbail"in meydanında üç cavabsız qola sevinib.
"Neftçi"nin səfərdəki 4 və ya daha çox top fərqli qələbəsi isə 2022/23 mövsümündə qeydə alınıb.
"Liv Bona Dea"dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də "Sumqayıt" qonaqların 4 cavabsız qoluna üzülüb.
