Sabiq "Qarabağ"lının transferi üçün 1 milyon avro təzminat ödədilər

 Sabiq "Qarabağ"lının transferi üçün 1 milyon avro təzminat ödədilər

2024-cü ilin yayında "Qarabağ"dan ayrılaraq Yunanıstanın "Panserraikos" komandasına transfer edilən Luka Quqeşaşvili mövsümün sonunda klubunu dəyişəcək.

"Mediasport" xəbər verir ki, Gürcüstan yığmasının qapıçısı ölkənin ən iddialı kollektivlərindən PAOK-la anlaşıb.

25 yaşlı qolikiper yeni komandasına yayda qoşulacaq. Saloniki təmsilçisi keçid üçün "Panserraikos"a 1 milyon avro təzminat ödəyib.

Xatırladaq ki, Quqeşaşvili Ağdam klubunda 2022-ci ildən ötən mövsümün sonunadək çıxış edib.