Bölgə klubundan ayrılan futbolçu Litva nəhəngi ilə müqavilə bağladı

“Şamaxı”dan ayrılan Vasiliye Radenoviçin yeni klubu məlum olub.
"Mediasport" xəbər verir ki, montenneqrolu müdafiəçi karyerasını Litvada davam etdirəcək.
31 yaşlı futbolçu “Jalgiris” klubuna transfer edilib. O, Vilnüs təmsilçisi ilə 1,5 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Radenoviç ötən mövsüm "Şamaxı"nın heyətində ümumilikdə 29 oyun keçirib.
"Jalgiris" 11 dəfə Litva çempiuonluğunu, 14 dəfə ölkə kubokunu qazanıb.