"Neftçi"nin yetirməsi 1-ci liqa klubu ilə müqavilə bağladı
1-ci liqada yarışan “Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, bölgə klubu Ayxan Mustafazadə ilə müqavilə imzalayıb.
20 yaşlı mərkəz müdafiəçisinin son klubu “Araz-Naxçıvan"ın əvəzedici komandası olub.
Xatırladaq ki, Ayxan “Neftçi”nin yetirməsidir.
