"Neftçi" bilet satışına başladı

 "Neftçi" bilet satışına başladı

Avqustun 23-də Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, azarkeşlər “Palms Sports Arena”da baş tutacaq qarşılaşmanın biletlərini 2 manatdan əldə edə bilərlər.

Qiyməti 2 (“Qərb 1”, “Qərb 2”, “Forza”, “Şərq 1”, “Şərq 2” sektorları), 3 (“Şimal 1”, “Şimal 2”, “Banişevski üst” sektorları), 5 (“Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN arasında dəyişən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə almaq mümkündür.

Stadionunun kassasında isə biletlər matç günü saat 12:00-dan etibarən satışda olacaq.

Xatırladaq ki, qarşılaşma saat 20:30-da start götürəcək.