"Zirə" - "Şamaxı" qarşılaşmasının keçiriləcəyi tarixlə bağlı dəyişiklik

Premyer Liqa təmsilçiləri "Zirə" və "Şamaxı" arasında keçiriləcək yoxlama oyununun saatı və məkanı dəyişdirilib.
"Mediasport" xəbər verir ki, görüş bu gün saat 20:45-də "Azərsun Arena"da keçiriləcək.
Öncədən qarşılaşmanın Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcəyi və 17:45-də başlayacağı açıqlanmışdı.