"Sabah"da "təmizləmə əməliyyatı" start götürdü: İki futbolçuya "özünüzə komanda tapın" deyildi

"Sabah"da "təmizləmə əməliyyatı" start götürdü: İki futbolçuya "özünüzə komanda tapın" deyildi

"Sabah"da mövsümün sonuna az qalmış "təmizləmə əməliyyatı" start götürüb.

Klubdan "Mediasport"a verilən məlumata görə, müqaviləsi mayda başa çatacaq oyunçularla təmasa keçən rəhbərlik heyətin 90 faizini qorumağa çalışır.

Çempionlar Liqasının xəyalı ilə yaşayan Masazır təmsilçisində düşərgəni tərk edənlər də olacaq.

Məsələn, fors-major olmasa, "bayquşlar" mövsüm başa çatan kimi qapıçı Nicat Mehbalıyev və Tellur Mütəllimovla vidalaşacaqlar.

2020-ci ildən düşərgədə olan cinah müdafiəçisi, sabiq kapitan Amin Seydiyevin də gedişi gözlənilir.

Əsasən legionerlərə etimad göstərən komanda xüsusilə Nicat və Tellurla anlaşmanı uzatmaq niyyətində deyil.

Klub rəhbəri Maqsud Adıgözəlov baş məşqçi Valdas Dambrauskasın qarşısına avrokuboklarda Liqa mərhələsinə düşmək tələbi qoyub.

Əks halda litvalının özünün də aqibəti yaxşı olmaya bilər.