"Neftçi" Polşa toplanışına başladı

Yay hazırlığının ikinci mərhələsi üçün Polşaya yollanan “Neftçi”nin növbəti təlim-məşq toplanışı start götürüb.
"Mediasport" xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Keltse şəhərində ilk məşqinə çıxıb.
“Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar”ın burada 4 yoxlama oyunu nəzərdə tutulub.
Bakı klubu iyulun 17-də “Hapoel"(Təl-Əviv, İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubları ilə üz-üzə gələcək.
Hazırlıq avqustun 2-dək davam edəcək.