Neftçi"də CİDDİ İTKİ ilə üzləşdi - Mövsümü erkən başa vurdu

Neftçi"də CİDDİ İTKİ ilə üzləşdi - Mövsümü erkən başa vurdu

Mövsümün ən gərgin etapına qədəm qoyan "Neftçi" ciddi itki ilə üzləşib.

"Mediasport" xəbər verir ki, Bakı təmsilçisinin yarımmüdafiəçisi Emil Səfərov uzunmüddətli sıradan çıxıb.

23 yaşlı futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Premyer Liqanın 29-cu turunun "Şamaxı" ilə oyununun 20-ci dəqiqəsində zədə alan Səfərovun çiyni çıxıb. Onun Türkiyədə əməliyyat ediləcəyi gözlənilir.

Qeyd edək ki, Emil "ağ-qaralar"a ötən yay "Qəbələ"dən keçib və geri qalan müddətdə bütün turnirlər daxil 25 görüşdə forma geyinib.