"Neftçi" azarkeşlərinə SÜRPRİZ etdi - 1 bilet al, 2 oyun izlə

"Neftçi" azarkeşlərinə SÜRPRİZ etdi - 1 bilet al, 2 oyun izlə

"Neftçi" azarkeşlərinə sürpriz təklif hazırlayıb.

"Mediasport" xəbər verir ki, noyabrın 23-də Premyer Liqanın 12-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “İmişli” matçına bilet alan fanatlar "ağ-qaralar"ın növbəti ev görüşünü pulsuz izləmək imkanı əldə edəcəklər.

Biletlərin qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 5 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 7 (“Cənub alt” sektorları), 25 (“VIP Silver” sektoru) və 30 (“VIP Gold” sektoru) AZN təşkil edir.

Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə almaq mümkündür.

Güzəştdən yararlanacaq azarkeşlərin 15-ci turun dekabrda reallaşacaq “Neftçi” - “Sumqayıt” qarşılaşmasında bilet almaqlarına ehtiyac qalmayacaq.

Üstünlük yalnız onlayn alınan biletlər üçün keçərlidir.

"Palms Sports Arena"nın kassasında “İmişli” ilə görüşün biletləri oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Xatırladaq ki, matç saat 17:30-da başlanacaq.