Bombardirlər siyahısı: "20-lik"də yalnız iki azərbaycanlı - SİYAHI
Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.
Bombardirlik yarışı sıralamasında dəyişiklik olmayıb.
Siyahıda maraqlı mənzərə yaranıb. Xüsusilə azərbaycanlı futbolçuları qayğılandırmalı görüntü formalaşıb.
Ən sərrast futbolçuların qarşıdurmasında "20-lik"də yer alanlardan yalnız ikisi azərbaycanlıdır.
"Neftçi"nin kapitanı Emin Mahmudov 9 qolla 4-5-ci yerləri bölüşür.
"Qarabağ"ın futbolçusu Toral Bayramov isə 7 topla 9-15-ci pillələri paylaşır.
Siyahıya 18 qolla "Sabah"dan Coy-Lens Mikels başçılıq edir.
İkinci pillədə onun komanda yoldaşı Velko Simiç (11 qol), üçüncü yerdə isə "Neftçi"dən Bassala Sambu (10 qol) qərarlaşıb.
Mediasport.com.az
