Dünya çempionatında ispanlardan rəqibi aşağılayıcı qələbə - 15:0
İspaniyanın U-17 futbol millisi Qətərdə keçirilən dünya çempionatında fantastik hesablı qələbə qazanıb.
"Mediasport" xəbər verir ki, pireneylilər Fici yığma komandasının qapısından 15 cavabsız top keçiriblər.
Qollardan 5-ni Rafael Kruz vurub, Roberto Tomas və Gilyermo Truxilyano het-triklər yadda qalıblar.
H qrupunda daha əvvəl Çin kollektivini məğlub (5:0) edən ispanlar 1/16 finala vəsiqəni vaxtından əvvəl rəsmiləşdiriblər.

