Premyer Liqaya vəsiqə qazandılar, 5 futbolçu ilə yolları ayırdılar

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” komandasında beş ayrılıq reallaşıb.
"Mediasport" xəbər verir ki, Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədov yola salınıb.
Aran təmsilçisi onlarla başa çatan müqaviləni yeniləməyib.