"Qarabağ"ın oyununu izləmək üçün 3 manat ödə, kifayədir
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutacaq "Qarabağ" - “Karvan-Yevlax” oyununun biletləri satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər noyabrın 29-da "Azərsun Arena"da baş tutacaq qarşılaşmanın biletlərini sabah saat 12:00-dan etibarən əldə edə bilərlər.
Biletlərin qiyməti 3 manatdan başlayır və 7-15 manat arasında dəyişir.
Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Matç saat 17:00-da start götürəcək.
