"Turan Tovuz"da "təmizləmə əməliyyatı" - 9 futbolçu yola salındı

"Turan Tovuz"da "təmizləmə əməliyyatı" - 9 futbolçu yola salındı

"Turan Tovuz" heyətdə "təmizləmə əməliyyatı"na başlayıb.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi 9 futbolçusu yollarını ayırıb.

Yeni mövsümün heyət planlamasına start verən tovuzlular müqavilə müddətləri başa çatan futbolçular - İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə vidalaşıblar.