"Ferensvaroş"un prezidenti: "Qarabağ" hər şeyi doğru etdi"

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Ferensvaroş"u məğlub edib (3:1).
"Mediasport" xəbər verir ki, matçdan sonra Macarıstan təmsilçisinin prezidenti Qabor Kubatov "köhlən atlar"ı qələbə münasibətilə təbrik edib:
"Qarabağ"ı təbrik edirəm. Bu gün hər şeyi doğru etdilər. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, "Ferensvaroş!"
Xatırladaq ki, "Qarabağ" və "Ferensvaroş" arasında keçiriləcək cavab matçı avqustun 27-də Bakıda baş tutacaq.
Bu cütdə məğlub olan tərəf yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək.