"Sabah"dan 8 ay duruş gətirdi, 1-ci liqa klubunu çalışdıracaq - RƏSMİ

"Sabah"dan 8 ay duruş gətirdi, 1-ci liqa klubunu çalışdıracaq - RƏSMİ

2024-cü ildə "Sabah"ın sabiq baş məşqçisi olmuş Krunoslav Renduliçin yeni komandası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, xorvatiyalı Birləşmiş Ərəb Əmirliklərində işləyəcək.

52 yaşlı mütəxəssis 1-ci liqada yarışan "Emireyts" (Ras əl Xeymə) klubu ilə anlaşıb.

Xatırladaq ki, Renduliç Azərbaycan klubuna 2024-cü ilin martında gətirilib, 8 ay sonra göndərilib.