Nərimanın Türkiyə Super Liqasında debütü uğursuz alındı - VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə Türkiyə Super Liqasında debüt edib.
"Mediasport" xəbər verir ki, "Ərzurumspor"la 1 illik icarə müqaviləsi bağlayan hücumçu "Amedspor"la 1-ci turun görüşündə meydana çıxıb.
Səfər qarşılaşmasında 75-ci dəqiqədə matça qoşulan forvard komandasının böyükhesablı məğlubiyyətinin qarşısını ala bilməyib - 0:3.
Ərzurumlular Axundzadəyə qədər 3 top buraxıblar.


