Zamiq Əliyevin klubu Superliqada çempionluq şansını davam etdirir
Futbol üzrə Albaniya Superliqasında 27-ci tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” "Teuta”nı qəbul edib.
Müdafiəçimizin komandası matçda inamlı qələbə qazanıb - 4:2. Əliyev 90 dəqiqə meydanda olub.
Xal ehtiyatını 49-a çatdıran “Eqnatiya” turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.
Lider "Vlajniya"nın 51 xalı var.
