Mahir Emreli Litva yığmasına qarşı matçda oynaya biləcək
Bakıda Tacikistan yığması ilə yoldaşlıq oyununda zədələnən Azərbaycan milli komandasının futbolçuları - Mahir Emreli və Abdulla Xaybullayevin fiziki durumu məlum olub.
"Mediasport" xəbər verir ki, futbolçuların zədəsi ciddi deyil.
Emrelidə qismən narahatlıq olsa da, MRT cavabları ciddi problemin olmadığını təsdiqləyib.
Beləliklə, hər iki oyunçu UEFA Millətlər Liqasının Litva səfərində meydana çıxa biləcək.
Görüş sentyabrın 27-də keçiriləcək.
Kaunasdakı Darius və Girenas stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

