Azərbaycan millisi ilə görüş öncəsi 5 illik müqaviləyə qol çəkdi

İyunun 10-da Bakıda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq Macarıstan milli komandası paytaxtımıza yeni baş məşqçi ilə gəlməyəcək.
"Mediasport" xəbər verir ki, Macarıstan Futbol Federasiyası seçmənin hazırkı çalışdırıcısı Marko Rossi ilə əməkdaşlığı davam etdirəcək.
61 yaşlı italyan mütəxəssislə müqavilə yenilənib. Yeni anlaşma 2030-cu il iyunun sonunadək nəzərdə tutulub.
Rossi macarlara 2018-ci ildən rəhbərlik edir.
Xatırladaq ki, Azərbaycan - Macarıstan matçı Mərdəkanda keçiriləcək.