ARAF-da 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirildi
Azərbaycan Respublikası Atçılıq Federasiyasında 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
"Mediasport" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayan federasiyanın prezidenti Elçin Quliyev 2025-ci ildə əldə olunan uğurlar və 2026-cı il üçün qarşıya qoyulan məqsədlər barədə geniş çıxış edib.
Gənclər və idman naziri Fərid Qayıbov federasiyanın 2025-ci il ərzində fəaliyyətini yüksək qiymətləndirərək göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Federasiyanın baş katibi Emil Seyidov 2025-ci il üzrə fəaliyyətlər, 2026-cı il üçün hədəf və planlar barədə ilin yekun hesabatını verib, əldə olunan nailiyyətlərə görə fərqlənmiş şəxslər və komandalar üzrə mükafatlandırma mərasimi keçirilib.
