Norveç klubu Milanda da "İnter"i məğlub edərək ÇL-də tarix yazdı

 Norveç klubu Milanda da "İnter"i məğlub edərək ÇL-də tarix yazdı

UEFA Çempionlar Liqasında ilk 1/8 finalçıların adlarına aydınlıq gətirilib.

"Mediasport" xəbər verir ki, pley-off mərhələsinin cavab görüşləri çərçivəsində ilk oyun günündə 4 matç keçirilib.

Gecənin sensasiyası İtaliyada qeydə alınıb. Ötən həftə Norveçdə "İnter"i üstələyən "Budö Qlimt" Milanda da qələbə qazanmaqla tarixində ilk dəfə 1/8 finala yüksəlib.

Raundun qalan 4 görüşü bu gün baş tutacaq.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları


"Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika) 4:1 (ilk oyun - 3:3)

"Nyukasl Yunayted" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) 3:2 (ilk oyun - 6:1)

"Bayer" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) 0:0 (ilk oyun - 2:0)

"İnter" (İtaliya) - "Budö Qlimt" (Norveç) 1:2 (ilk oyun - 1:3)