Bu mövsüm ÇL-də ən çox gəlir əldə edən klublar hansılardır?

Futbol üzrə UEFA Çempionlar Liqasının cari mövsümündə ən çox gəlir əldə etmiş klublar müəyyənləşib.
"Mediasport" xəbər verir ki, yarımfinala vəsiqə qazanmış PSJ bütün rəqiblərini geridə qoyub.
Fransa nəhənginin indiyədək gəliri 119,4 milyon avro olub.
10 kollektivin sıralaması aşağıdakı kimidir:
PSJ, Fransa - 119,4 milyon avro
“İnter”, İtaliya - 118,1 milyon
“Arsenal”, İngiltərə - 117 milyon
“Barselona”, İspaniya - 116,6 milyon
“Bayern", Almaniya - 105,9 milyon
“Borussiya" D., Almaniya - 102,2 milyon
“Real" M., İspaniya - 101,8 milyon
“Liverpul”, İngiltərə - 98,1 milyon
“Bayer”, Almaniya - 87,1 milyon
“Atletiko" M., İspaniya - 84,9 milyon.
Xatırladaq ki, final yolunda "Arsenal" PSJ, "İnter" "Barselona" ilə qarşılaşacaq.