Çempionlar Liqası: Kamilo Duran dublla "Seltik"ə qələbə qazandırdı

Çempionlar Liqası: Kamilo Duran dublla "Seltik"ə qələbə qazandırdı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, ikinci gündə 4 matç keçirilib.

Azərbaycan təmsilçisi "Sabah" Rumıniyada meydana çıxıb.

Ötən ay "Qarabağ"dan "Seltik"ə transfer edilən Kamilo Duran LASK-la görüşdə dubl edərək Şotlandiya klubuna qələbə qazandırıb.

Cavab qarşılaşmaları gələn həftə keçiriləcək.

Xatırladaq ki, raundun ilk 3 dueli avqustun 18-də baş tutub.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyunlar


"Seltik" (Şotlandiya) - LASK (Avstriya) 3:0

"Slovan" (Slovakiya) - "Çelye" (Sloveniya) 1:1

"Hapoel" Beer-Şeva (İsrail) - "Sabah" (Azərbaycan) 2:1

NEK (Niderland) - "Budö-Qlimt" (Norveç) 1:3