Onur Quluzadə İsveçdə 3-cü oldu
Stolüstü tennisçi Onur Quluzadə İsveçin Helsinborq şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində iştirak edib.
"Mediasport" xəbər verir ki, o, İsveç və Fransa təmsilçiləri üzərində qələbə qazanarak qrup mərhələsini lider kimi başa vurub.
Ardınca İsrail və Lüksemburq idmançılarına qalib gələn Onur yarımfinalda fransalı rəqibinə uduzaraq yarışı üçüncü yerdə başa vurub.
Milli üzvü bu gün Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 13-dək İsveçin Halmstad şəhərində keçirəcəyi təlim-məşq toplanışına qatılıb.


