Millimizin üzvləri "WTT Youth Contender"də iştirak edəcəklər

Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, yarışda yığmamızın 6 üzvü mübarizə aparacaq.
Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli yarışacaqlar.
Sabah başlanacaq turnirə aprelin 25-də yekun vurulacaq.