Azərbaycan yığmaları Avrasiya Liqasında liderliyə yüksəldilər
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında uğurla çıxış ediblər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından "Mediasport"a verilən məlumata görə, milli komandalarımız növbəti qələbələrlə liderliyə yüksəlib.
Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova və Aylin Əsgərovadan ibarət komanda ikinci turun Astanada keçirilən 8 görüşunü maksimum nəticə ilə başa vurub.
Rüstəm Hacılı, Adil Əhmədzadə və Onur Quluzadədən ibarət heyət isə gənclərdən ibarət yığma komanda Taraz şəhərində keçirilən 7 qarşılaşmanın hamısında qalib gəlib.
Yarışda 12 komanda mübarizə aparıb. Növbəti turlar sentyabr və dekabrda təşkil olunacaq.
Xatırladaq ki, qadınlardan ibarət milliyə Fərhad İsmayılov, gənclərdən ibarət komandaya Ramil Cəfərov rəhbərlik edir.


