Onur Quluzadədən 2 medal
Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvü Onur Quluzadə Tunisdə keçirilən “WTT Youth Star Contender Tunis 2026” beynəlxalq turnirində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, U-15 yaş qrupunda yarışan idmançımız iki medal qazanıb.
O, qoşa yarışda qızıl, fərdi yarışda isə gümüş mükafat əldə edib.
