Paytaxt təmsilçisi "Neftçi"nin yetirməsi ilə müqavilə bağladı

Paytaxt təmsilçisi "Neftçi"nin yetirməsi ilə müqavilə bağladı

1-ci Liqada mübarizə aparacaq “Səbail” növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Bayıl təmsilçisi “Neftçi”nin yetirməsi Asim Əlizadəni heyətinə qatıb.

25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Asim Əlizadənin son klubu "Baku Sportinq" olub.